Zəncəfilli limonad

Zəncəfilli limonad
Zəncəfilli limonad

Zəncəfilli limonad üçün lazım olan ərzaqlar:

  • 5 ədəd limon,
  • 1/5 kibrit qutusu qədər zəncəfil,
  • 6 qaşıq bal,
  • 3 sap nanə,
  • hər stəkan üçün 1 üzüm giləsi,
  • 1 litr su,
  • Hər stəkan üçün 2-3 dilim alma,

 

Zəncəfilli limonadın hazırlanma qaydası:

  • Zəncəfili soyun və rəndədən keçirdin.
  • Limunu yuyun, qabığını rəndənin incə hissəsi ilə rəndələyin.
  • Limon, zəncəfil, su və balı dərin və geniş bir qabda bal əriyvənə qədər qarışdırın
  • Soyuducuda 15-20 dəqiqə dincəldin.
  • Bez vasitəsi ilə süzün.
  • Stəkanın içərisinə 1 ədəd nanə yarpağı, 1 ədəd üzüm giləsi qoyun.
  • Limonatı stəkanlara süzün, limon dilimləri ilə bəzəyin.

Nuş olsun!