Yazdırma Seçimləri:

Zeytunlu Çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti2 saatBişmə Vaxtı45 dəqÜmumi Vaxt2 saat 45 dəq

Sizi bilmirməm ancaq mənim ən çox sevdiyim şey: təzə bişmiş isti çörəyin və yanında da təzə dəmlənmiş çayın ətridir.

tavada zeytunlu çörək

Zeytunlu Çörək Üçün Lazım OLan ƏrzaqlarLazım olan ərzaqlar
 1 ⅓ çay qayığı quru maya
 1,50 stəkan ilıq su
 2 çay qayığı duz
 3 stəkan un
 1 stəkan doğranmış qara zeytun
Zeytunlu Çörək Xəmiri Üçün Ərzaqların YIğılması
1

1. Zeytunlu çörək hazırlamaq üçün lazım olan unu bir yoğurma qabına alın.
2. İstifadə edəcəyiniz mayanı kiçik kasaya qoyun.
3. Lazım olacaq qədər duzu da kiçik bir kasaya yığın.
4. İstifadə edəcəyiniz suyu bir qaba süzün.
5. İstifadə olunacaq zeytunları təmizləyib yuyaraq bir kasaya yığın.

Zeytunlu Çörək Xəmirinin Hazırlanması Qaydası
2

1. Orta ölçülü bir qabda ilıq su və mayanı qarışdırın.
2. Üzərini örtün və təqribən 5 Dəqiqəgözləyin.
3. Mikserin qabında duz və unu bir-birinə qarışdırın.
4. Bu qarışığa mayalı suyu əlavə edərək mikserin yavaş sürətində xəmir yoğurun.
5. Yoğurduğunuz xəmirin yaxşıca gəlməsi üçün üzərini örtün və 1-2 saat arası gözlədin. (Qeydə baxın)

Zeytunlu Çörəyin Xəmirinə Zeytunun Qatılması Qaydası
3

1. Masanın üzərinə un səpin, xəmiri qoyun və qabı bir şəkildə kvadrat formasına gətirin.
2. Doğranmış zeytunların 1/3 hissəsini xəmirin üzərinə səpin, xəmiri bir dəfə qatlayın.
3. Zeytunların hamısı xəmirin içərisində tamamən gözdən itməlidir.
4. Yenidən xəmiri toplayın və üzərinə qalan zeytunların yarısını əlavə edib xəmiri qatlayın.
5. Eynisini 3-cü dəfə təkrar edin.
6. Ardından əllərinizi unlayın və xəmiri yumru bir kündə halına gətirin.
7. Bu zaman kündə də ən az 30 Dəqiqə (ancaq 1 və ya 2 saat gözlətmək daha yaxşı olar) kündə düşməsi üçün gözlədin.
8. Sobanı əvvəlcədən 240 dərəcəyə yaxın isidin.

Zeytunlu Çörəyin Bişirilməsi Qaydası
4

tavada zeytunlu çörək

1. Çuqun qazanı da isitmək üçün ocağın üzərinə qoyun.
2. Kündəni isinmiş çuqun qazana qoyun
3. Qapağını örtün
4. 30 Dəqiqə bişirin.
5. Sonra qapağı açın və 15 Dəqiqə ağzı açıq vəziyyətdə bişirin.
6. Zeytunlu çörək bişdikdən sonra qazandan çıxardın.
7. Doğramamışdan əvvəl soyuması üçün bir izqara rəfin üzərində gözlətməyiniz yaxşı olardı.

Qeyd
5

Xəmiri uzun müddət mayalandırmaq üçün vaxtınız yoxdursa, bu zaman xəmirə 1 paket maya əlavə edin və xəmirin 6 saat gözlədin.
Ancaq xəmirin mayalanması vaxtının uzun olması, xəmirin həm ləzzətini, həm də içinin mükəmməl olmasını təmin edəcək.