Yazdırma Seçimləri:

Zeytunlu Poğaça

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt50 dəq

Tək -tək şəkil vermənizə gərək qalmadan hazırlaya biləcəyiniz, içi bol zeytunlu, qabarmış, yumuşacıq ləzzətiylə zeytunlu poğaça qarşınızda!

Zeytunlu puaça

Zeytunlu Poğaça Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan ilıq süd
 1 stəkan mineral su
 1 stəkan duru yağ
 1 paket quru maya
 3 yemək qaşığı toz şəkər
 1 ədəd yumurta
 5 stəkan un
 1 çay qayığı duz
Zeytrunlu Poğaçanın Arası Üçün
 60 q çəyirdəksiz qara zeytun,
Zeytunlu Poğaçanın Üzəri Üçün
 1 ədəd yumurta sarısı
 1 çay qayığı çörək otu
Zeytunlu Poğaça Üçün Ərzaqların Yığılması
1

☘️ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
☘️ İstifadə edəcəyiniz duru yağı stəkana süzün.
☘️ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə alın.
☘️ Lazım olacaq mineral suyustəkana süzün.
☘️ Lazım olacaq şəkər tozunu, duzu və quru mayanı ayrı-ayrı kasalara yığın.
☘️ İstifadə edəcəyiniz unu yoğurma qabına alın.
☘️ İstifadə edəcəyiniz zeytunları yuyub mətbəx dəsmalının üzərinə yığın.
☘️ Poğaçanın üzərinə vuracağınız çörəkotunu bir kasaya yığın.

Zeytunlu Poğaça Üçün Ərzaqların Hazırlanması
2

☘️ İstifadə edəcəyiniz südü qızdırın.
☘️ Unu ələyin.
☘️Yumurtanı unun üzərinə sındırın.
☘️ Zeytunun çəyirdəklərini çıxardaraq zeytunu dilimləyin.
☘️ Bir ədəd yumurtanın ağını və sarısını bir-birindən ayırın.
☘️ Bişirmək üçünistifadə edəcəyinin istiyədavamlı qabı yağlayın.

Poğaça Xəmirinin Hazırlanması
3

☘️ İlıq süd, duru yağ, yumurta, mineral su, şəkər tozu və quru mayanı qarışdırın.
☘️ Ardından içərisinə az- az un əlavə edin və yoğurmağa başlayın.
☘️ Son olaraq duzu da əlavə edin və yoğurun.
☘️ Üzərini streç filmlə qapadın.
☘️ Otaq temperaturunda 35 dəqiqə mayalandırın.

Poğaçanın Hazırlanması
4

☘️ Mayalanan xəmirin yarısını yağlanmış şüşə soba qabının içərisinə yayın.
☘️ Ardından üzərinə dilimlənmiş zeytun səpin və xəmirin geriyə qalan hissəsini eyni şəkildə üzərinə yayın.
☘️ Üzərinə yumurta sarısı sürtün və çörək otu səpin.

Poğaçanın Bişirilməsi
5

☘️ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
☘️180 dərəcə qızdırdığınız sobada qabarıb üzəri yaxşıca qızarana qədər 35-40 dəqiqəyə yaxın bişirin.
☘️Hazır olan poğaçanı sobadan çıxardaraq soyumağa qoyun.

Poğaçanın Servis Edilməsi
6

☘️ Poğaçanı çox da soyumadan servis edin.
☘️ Poğaçanı qəhvəaltıda və yaxud da bütün öyünlərdə çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!