Yazdırma Seçimləri:

Zilviyə

Verimlilik8 PorsiyonHazırlanma Müddəti50 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt1 saat 5 dəq

zilviye

Lazım olanlar
 3 stəkan un
 10 q maya
 1 stəkan qatıq
 2 yemək qaşığı nişasta
 3 ədəd yumyrta
Şərbəti üçün
 1,50 stəkan şəkər tozu
 1,50 stəkan su
Qızartmaq üçün
 1,50 stəkan bitki yağı
Hazırlanma qaydası
1

Zilviyə hazırlamaq üçün buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür.
Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.
Xəmiri 3-4 saat qıcqırdıb acıxəmrə hazırlayırlar.
Sonra 1 stəkan qatığa 2 xörək qaşığı nişasta əlavə edib qarışdırılır.
3 yumurtanın ağı köpüklənənə qədər çalınır və üzərinə qatıq-nişasta qarışığı əlavə edilir.
Bu qarışığa isə acıxəmrə əlavə edilir, 2 stəkan da un tökülüb duru xəmir yoğrulur.
Xəmir 25-30 dəqiqə saxlanılır.
Bu müddətdə şəkər şərbəti bişirilir.
Bunun üçün 1,5 stəkan şəkərin üzərinə 1,5 stəkan su tökülüb qaynayana qədər qızdırılır, kəfi yığılır. 1,5 stəkan bitki yağı yastı qazancada və dərin tavada qızdırılır.
Duru xəmir qıf və ya asan olsun deyə çaynikə tökülüb çaynikin lüləyi vasitəsi ilə dairəvi təkər formasında tökülüb qızardılır.
Açıq qəhvəyi rəng alanda zilviyə yağdan çıxarılıb darhal qırmızı və ya sarı rəng qatılmış şəkər şərbətinə salınır.
5 dəqiqədən sonra zilviyə şərbətdən çıxarılıb süzgəcə yığılır.

Süfrəyə verilmə qaydası
2

Zilviyə

Zilviyə süfrədə isti və ya soyuq halda yeyilir.

Qida Dəyərləri

Porsiya 8