Yazdırma Seçimləri:

Zoğal Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 10 dəq

Qışın ən sevimli məhsullarından biri mürəbbələrdir.
Təbii meyvələrdən hazırlanan mürəbbələr bir növ vitamin xarakteri daşıyaraq orqanizm üçün faydalıdır.
Qışda qrip geniş yayılan zaman xüsusilə də qızdırma olduqda zoğal mürəbbəsi ilə çay içmək qızdırmanın düşməsinə və tərləməyə kömək edir.
Zoğal mürəbbəsi məhz qış üçün xarakterikdir.
Zoğalın tərkibi C vitamini ilə zəngindir.
Bu mürəbbə soyuqdəymə zamanı effektli olduğu kimi mədədə ağrı olan zaman da ağrıkəsici vasitə kimi istifadə oluna bilər.
Zoğal insan orqanizmi üçün çox faydalıdır, ürək xəstəliklərinə qarşı xeyirlidir, ishalı aradan qaldırır o cümlədən çəkini azaldır.

Zoğal Mürəbbəsi Üçün Lazım Olan Ərzaqlar
 1 kq zoğal
 750 q şəkər tozu
 ½ stəkan su
 1 çay qayığı təzə sıxılmış limon suyu
Zoğal Mürəbbəsi Üçün Ərzaqların Yığılma Qaydası
1

✅Sap hissələrini arıtladığınız zoğalları bol suda yuyun.
✅Artıq sularını aşsüzəndən süzüb bir qazana yığın.
✅ İstifadə edəcəyiniz şəkər tozunu iri bir kasaya yığın.
✅Mürəbbəyə qatacağınız limonu yuyub mətbəx dəsmalının üzərinə alaraq suyunu qurudun.
✅Mürəbbə üçün lazım olacaq suyu stəkana süzün.

Zoğal Mürəbbəsi Üçün Ərzaqların Hazırlanma Qaydası
2

✅ Suyunu süzdüyünüz zoğalı bişirmək üçün güniş bir ləyənə yığın.
✅ Zoğalın üzərinə şəkər tozunu əlavə edib qarışdırın.
✅ Ləyənin ağzını qapadaraq zoğalı bir gecə şəkərdə saxlayın.
✅ Zoğalın bir gecə şəkərdə qalmasında fayda var.
✅Hazır olan mürəbbəyə qatacağınız limonu ikiyə bölüb suyunu bir stəkana sıxın.

Zoğal Mürəbbəsinin Bişirilmə Qaydası
3

✅Şəkərdə saxladığınız zoğalları az miqdarda su əlavə edib qaynadın.
✅Qaynayıb göz -göz olmaya başladığında vam atəşdə 45-50 dəqiqə qədər ara- ara kontrol edərək bişirin.
✅Qazanın üzərinə çıxan köpükləri bir qaşıq yardımıyla alın.
✅Qaşığın ucuyla mərmər bir zəminə damlatdığınız mürəbbə dağılmır və top şəklində qalırsa hazır deməkdir.
✅Bişirmə işləminin sonuna doğru hazır olan mürəbbəyə təzə sıxılmış limon suyunu əlavə edib ocaqdan alın.

Zoğal Mürəbbəsinin Saxlanma Qaydası
4

✅Əvvəlcədən qaynadılmış, təmiz və quru bir bankaya doldurub qapağını möhkəm bərkidin.
✅Tərs çevirib soyuması üçün gözlədin.
✅Otaq temperaturunda soyuyan mürəbbəni isti və işıq olmayan qapalı bir yerdə muhafizə edin.

Zoğal Mürəbbəsinin İstifadə Qaydası
5

Hazırladığınız zoğal mürəbbəsini çay süfrələrində , suyundan bəzi şirniyyatları hazırlayan zaman istifadə edə bilərsiniz.
Soyuqdəymə, qrip zamanı isti çaya qatıb istifadə etmək olar.

Nuş Olsun!